BURADA REKLAMINIZ OLA
BİLƏR

Ucuz maşın almaq istəyənlərin nəzərinə

İyulun 11-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

 

Hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 92 min 625 manat olan 55 nəqliyyat vasitəsi çıxarılacaq.

 

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

 

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Tarix: 11 İyun 2025, 18:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin