BURADA REKLAMINIZ OLA
BİLƏR

Son sutka ərzində koronavirusdan 142 nəfər vəfat etdi

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 142 nəfər vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 12 447 nəfərə çatıb.

 

İranda son sutka ərzində koronavirusa 2 262 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 252 720 nəfərə çatıb.

 

İndiyədək xəstəlikdən 215 015 nəfər sağalıb.

 

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 319 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.APA

Tarix: 10 İyul 2020, 13:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin