BURADA REKLAMINIZ OLA
BİLƏR

Yenilənmiş "Niva"nın istehsalına başlanıldı

"AvtoVAZ" xarici dizaynında dəyişikliklərlə ən populyar avtomobillərdən biri sayılan "Niva"nın istehsalına başlayıb. İyulun 10-da ilk dəfə olaraq modelin xarici görünüşü nümayiş olunub.

 

Pravda.az-ın "AvtoVAZ"ın dərc etdiyi məlumata istinadən verdiyi xəbərə görə, əgər 2019-cu ilədək “Niva” avtomobilləri "Chevrolet" loqosu ilə istehsal olunurdusa, bu gündən etibarən avtomobil "Lada" markası altında buraxılacaq. Yeni modelin kuzasının ön hissəsi dəyişikliyə məruz qalıb, bundan başqa, yeni modeldə radiator barmaqlıqları və optika yer alıb.

 

Qeyd edək ki, 2019-cu ilin dekabr ayınadək "Niva" avtomobilləri "AvtoVAZ" ABŞ-ın "General Motors" korporasiyası ilə yaratdığı birgə müəssisə tərəfindən istehsal olunurdu. Lakin dekabr ayında "AvtoVAZ" ABŞ korporasiyasının birgə müəssisədəki 50%-lik payını alıb və hazırda müəyyən dəyişikliklərlə sözügedən avtomobillərin istehsalını bərpa edir.

 

Xatırladaq ki, "Niva" (2123) 2000-ci ildən istehsal edilir. İki il sonra model "Chevrolet" markası ilə buraxılmağa başladı. İndiyədək 700 mindən çox "Niva" istehsal edilib.APA

Tarix: 10 İyul 2020, 16:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin