BURADA REKLAMINIZ OLA
BİLƏR

Çaylarda sululuq artıb

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

 

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Avtomat hidroloji stansiyaların iyunun 14-ü saat 10:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Əyriçayda 21 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 10 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçayda 25 sm, Həkəriçayda 6 sm, Oxçuçay və Bərgüşadçayda isə 3 sm artım qeydə alınıb.

 

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 5 sm artıb, su sərfi 267 m3/san olmaqla normanın 45%-ni təşkil edir.

Tarix: 14 İyun 2025, 11:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin