“Azərbaycan, Gürcüstan və Türkiyə özünün ev tapşırığını yerinə yetirərək, nəqliyyat layihələrini Mərkəzi Asiyadakı dost ölkələrlə əlaqələndirib. Bəs Avropa İttifaqı haradadır?”
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada təşkil olunan “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” ( The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) panelində bildirib.
O həmçinin, “Bakı – Tbilisi - Qars” dəmiryolu xəttinin inşası zamanı Avropa və ABŞ-dakı fondların sözügedən layihəni maliyyələşdirməkdən imtina etməsinə də toxunub.
Prezident köməkçisi deyib ki, sözügedən layihənin icrasına başlandığı zaman Avropa və ABŞ-da fəaliyyət göstərən maliyyə fondları onun maliyyələşdirilməsindən imtina edib:
“Bizim köməyə deyil, əməkdaşlıq və tərəfdaşlığa ehtiyacımız var. Çünki biz investisiya, eləcə də regional əməkdaşlıq imkanlarına malik bir ölkəyik. Azərbaycanın eyni zamanda regionda yerləşən qardaş ölkələrlə regional tərəfdaşlığı mövcuddur. Bu tərəfdaşlıq çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstanla birlikdə “Bakı – Tbilisi – Qars” dəmiryolu xəttini inşa etmişik. Bu layihənin icrasına başlanıldığı vaxtda Avropa və ABŞ-dakı fondlar onun maliyyələşdirilməsini dayandırdılar. Biz də dedik ki, yaxşı, layihəni elə isə öz fondlarımız hesabına həyata keçirərik. Biz öz nəqliyyat infrastrukturu sistemimizi Mərkəzi Asiyadakı qardaş ölkələrlə əlaqələndirdik. Xəritəyə baxdığınızda görərsiniz ki, üç qonşu dövlət olan Azərbaycan, Gürcüstan və Türkiyə özünün ev tapşırığını yerinə yetirərək, nəqliyyat layihələrini Mərkəzi Asiyadakı dost ölkələrlə əlaqələndirib. Bəs Avropa İttifaqı haradadır? Əgər siz tərəfdaşsınızsa, bizə qoşula bilərsiniz. Lakin indiyədək bizə Avropa İttifaqının nə istədiyi aydın deyil”.
APA
8 İyul 23:16
8 İyul 22:29
8 İyul 22:26
8 İyul 21:54
8 İyul 21:49
8 İyul 21:36
8 İyul 20:55
8 İyul 19:38
8 İyul 19:35
8 İyul 18:09
8 İyul 18:05
8 İyul 17:58
8 İyul 17:56
8 İyul 17:52
8 İyul 17:49
8 İyul 17:44
8 İyul 17:23
8 İyul 17:14
8 İyul 17:07
8 İyul 17:03
8 İyul 16:58
8 İyul 16:49
8 İyul 16:44
8 İyul 16:42
8 İyul 16:36
8 İyul 16:27
8 İyul 16:17
8 İyul 16:09
8 İyul 16:04
8 İyul 15:54
8 İyul 15:38
8 İyul 15:33
8 İyul 15:25
8 İyul 15:18
8 İyul 15:07
8 İyul 15:02
8 İyul 14:52
8 İyul 14:26
8 İyul 14:24
8 İyul 14:00
8 İyul 13:54
8 İyul 13:51
8 İyul 13:29
8 İyul 13:11
8 İyul 13:10
8 İyul 12:58
8 İyul 12:53
8 İyul 12:50
8 İyul 12:43
8 İyul 12:38
8 İyul 12:30
8 İyul 12:18
8 İyul 12:16
8 İyul 12:14
8 İyul 12:05
8 İyul 12:04
8 İyul 11:59
8 İyul 11:56
8 İyul 11:52
8 İyul 11:40
8 İyul 11:29
8 İyul 11:18
8 İyul 11:13
8 İyul 10:58
8 İyul 10:54
8 İyul 10:45
8 İyul 10:39
8 İyul 10:28
8 İyul 10:26
8 İyul 10:04
8 İyul 09:59
8 İyul 09:27
8 İyul 09:14
8 İyul 09:08
8 İyul 09:04
8 İyul 08:58
8 İyul 08:52
8 İyul 08:46
8 İyul 08:41
8 İyul 08:37
8 İyul 08:35
8 İyul 08:31
8 İyul 08:30
8 İyul 08:29
8 İyul 08:17
8 İyul 08:12
8 İyul 08:04
8 İyul 07:28
8 İyul 07:09
8 İyul 00:15
7 İyul 21:11
7 İyul 19:35
7 İyul 19:32
7 İyul 19:31
7 İyul 19:29
7 İyul 19:24
7 İyul 19:20
7 İyul 18:39
7 İyul 18:32
7 İyul 18:31
7 İyul 17:57
7 İyul 17:54
7 İyul 17:44
7 İyul 17:26
7 İyul 17:21
7 İyul 17:12
7 İyul 17:04
7 İyul 17:02
7 İyul 16:52
7 İyul 16:49
7 İyul 16:39
7 İyul 16:34
7 İyul 16:29
7 İyul 16:20
7 İyul 15:54
7 İyul 15:52
7 İyul 15:43
7 İyul 15:05
7 İyul 14:44
7 İyul 14:39
7 İyul 14:35
7 İyul 14:32
7 İyul 14:30
7 İyul 14:26
7 İyul 14:24
7 İyul 14:23
7 İyul 14:21
7 İyul 14:19
7 İyul 14:08
7 İyul 13:49
7 İyul 13:48
7 İyul 13:46
7 İyul 13:37
7 İyul 13:02
7 İyul 12:59
7 İyul 12:37
7 İyul 12:21
7 İyul 12:05
7 İyul 11:26
7 İyul 11:01
7 İyul 10:54
7 İyul 10:52
7 İyul 10:48
7 İyul 10:29
7 İyul 10:27
7 İyul 10:07
7 İyul 10:06
7 İyul 10:03
7 İyul 10:00
7 İyul 09:39
Ən son xəbərləri səhifəmizdən də izləyin