BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin köməkçisi: "İctimai nəqliyyatdan istifadə edirəm, metro kartımı göstərərəm”

"Qərarlar tək bir insan tərəfindən qəbul olunmur. Düşünüldü ki, ictimai nəqliyyatdan istifadə edənlərin sayı azalacaq. Ona görə bunlar düşünülmüş qərarlardır”.

Pravda.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib. 

Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, o özü şəxsən ictimai nəqliyyatdan istifadə edir: “İstəsəniz sizə metro kartımı göstərə bilərəm. Avtobuslarda sıxlıq vizual görünürdü. Nəqliyyat agentliyinə bildirildi ki, avtobusların sayı çoxaldılsın. Metronun fəaliyyəti epidemioloji vəziyyət nəzərə alınaraq bağlanıb. İş saatlarında fərqli vaxtlar tətbiq olunub”.



Tarix: 10 İyul 2020, 17:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin