BURADA REKLAMINIZ OLA
BİLƏR

İranın hücumu nəticəsində İsraildə ölənlərin sayı 10-a çatıb, 200 nəfər yaralanıb - YENİLƏNDİ

İrandan həyata keçirilən cavab raket hücumu nəticəsində İsraildə həyatını itirənlərin sayı artıb.

 

Bu barədə “The Times of Israel” məlumat yayıb.

 

Məlumata görə, raket hücumunda 10 nəfər ölüb, təxminən 200 nəfər yaralanıb.

 

Nəşr bildirib ki, hazırda 20-yə yaxın adam itkin düşmüş hesab olunur.

 

Eyni zamanda Bat-Yamdakı binanın birbaşa vurulması nəticəsində 6 nəfər həlak olub, Tamraya raket zərbəsi nəticəsində ölənlərin sayı 4-ə çatıb.

 

***

08:39

 

İranın Təl-Əviv ətrafında yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 4 nəfər həlak olub.

 

Bu barədə “Times of Israel” məlumat yayıb.

 

Məlumata görə, Təl-Əvivin ətrafındakı Bat Yamda həlak olanlar arasında iki uşaq da var. Hücum zamanı daha 137 nəfər yaralanıb, təxminən 35 nəfər itkin düşüb. Binanın özü uçmaq təhlükəsi ilə üz-üzədir və xilasedicilər içəridə qalan zərərçəkənləri tapmağa tələsir.

 

Report

Tarix: 15 İyun 2025, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin