BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan: "Obamız, yuvamız, göz bəbəyimiz Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edirəm"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Dövlət başçısı bununla bağlı X hesabında paylaşım edib.

 

“Obamız, yuvamız, göz bəbəyimiz Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edirəm, bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salam və sevgilərini çatdırıram”, – deyə Ərdoğan qeyd edib.

 

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidentinin mətbuat katibi Fəxrəddin Altun da Azərbaycanı bu münasibətlə təbrik etmişdi.

Tarix: 15 İyun 2025, 20:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin