BURADA REKLAMINIZ OLA
BİLƏR

AZAL ləğv olunan reyslərlə bağlı məlumat yaydı

Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin 16 iyun 2025-ci il tarixində həyata keçirilməsi planlaşdırılan aşağıdakı reyslər ləğv olunub:

 • Bakı – Dammam – Bakı (J2 8205/8206)

 • Bakı – Bəhreyn – Bakı (J2 505/506)

 • Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)

 • Bakı – Lahor – Bakı (J2 145/146)

 

Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:

 • 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı

 • 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı

 

AZAL uçuşların təhlükəsizliyini prioritet olaraq müəyyən edir və vəziyyətin inkişafını yaxından izləyir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə vaxtında və operativ şəkildə məlumatlandırılacaqlar.

 

Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Tarix: 16 İyun 2025, 14:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin