BURADA REKLAMINIZ OLA
BİLƏR

İtaliyada fövqəladə vəziyyət rejimi dekabrın 31-dək uzadıla bilər

İtaliyada yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar bu ilin yanvar ayından tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti ilin sonunadək uzadıla bilər.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə bu gün ANSA agentliyi hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

 

Bildirilib ki, İtaliyada fövqəladə vəziyyət rejiminin müddəti dekabrın 31-dək uzadıla bilər.

 

Agentliyin məlumatına görə, lakin bununla bağlı hələlik rəsmi qərar qəbul olunmayıb.

 

Bir müddət əvvəl isə İtaliyanın Baş Naziri Cüzeppe Konte iyulun 31-də başa çatacaq fövqəladə vəziyyət rejiminin uzadılacağının anonsunu verib.

 

Qeyd edək ki, İtaliyada indiyədək COVID-19-a 242 mindən çox yoluxma qeydə alınıb, virusa yoluxanlardan 35 minə yaxın insan vəfat edib.APA

Tarix: 10 İyul 2020, 19:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin