Külli miqdarda dələduzluqda ittiham edilən riyaziyyat müəlliminə hökm oxunub.
Pravda.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Aqşin Həsənov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib.
Qeyd edilib ki, 51 yaşlı A.Həsənov 1995-1999-cu illərdə Lənkəran Dövlət Universitetinin Riyaziyyat fakültəsində təhsil alıb. 1999-2012-ci illərdə Lerik rayonu M.Qasımov adına Bibiyonu kənd tam orta məktəbində, 2013-2017-ci illərdə isə Abşeron rayonu Masazır kənd 2 saylı tam orta məktəbində müəllim işləyib. O, həmin vaxt müəllim yoldaşına xeyli pul "atdığına" görə işdən çıxarılıb və məhkəmə tərəfindən cərimə cəzasına məhkum edilib.
Azadlıqda qalan müəllim bundan sonra da oxşar əməllərinə davam edib. Belə ki, o özünü təhsil sistemində sözükeçən şəxs kimi tanıdıb və bir sıra vəzifəli şəxslərlə əlaqəsinin olduğunu deyərək ali məktəblərə qanunsuz tələbə qəbulu və müəllim kimi işə düzəltmə imkanlarının olduğuna inandırıb.
Bu yolla o, Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə düzəldəcəyi abituriyentin valideynindən 74 900, orta məktəbə müəllim kimi qəbul etdirəcəyi şəxsdən 10 030, BDU-nun Hüquq fakültəsinə qəbul etdirəcəyini dediyi abituriyentin yaxınından 70 000, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə kimi qəbul etdirəcəyini dediyi şəxsin ailəsindən 8000, Azərbaycan Kooperasiya Universitetinin İqtisadiyyat fakültəsinə tələbə kimi qəbul etdirəcəyi barədə yalan vəd verdiyi şəxsdən 25000, İqtisadiyyat Universitetinin Kompüter mühəndisliyi fakültəsinə tələbə kimi qəbul etdirəcəyini dediyin gəncin valideynindən 40 000, Kürdəmir şəhər 2 saylı tam orta məktəbdən Sumqayıt şəhəri ərazisində yerləşən orta məktəblərin birinə ibtidai sinif müəllimi vəzifəsinə köçürəcəyini dediyi qadından 14 000, Sumqayıtda yerləşən orta məktəblərin birinə fizika müəllimi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verdiyi digər qadından 24 000, həyat yoldaşını Bakıda yerləşən orta məktəblərin birinə Azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verdiyi kişidən isə 15 000 manat alaraq dələduzluq edib.
A.Həsənov qeyd edilən şəxslərin heç birinə verdiyi vədə əməl etməyərək 271 min pulun böyük hissəsini ələ keçirib.
Məsələ ilə bağlı müxtəlif şəxslər hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra o, aldığı pulların bir hissəsini geri qaytarıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Həsənova 7 il həbs cəzası verilib.
16 Aprel 01:02
16 Aprel 00:29
16 Aprel 00:22
16 Aprel 00:12
15 Aprel 23:54
15 Aprel 22:21
15 Aprel 22:17
15 Aprel 21:18
15 Aprel 20:33
15 Aprel 20:32
15 Aprel 20:10
15 Aprel 19:24
15 Aprel 18:24
15 Aprel 18:15
15 Aprel 17:58
15 Aprel 17:27
15 Aprel 17:18
15 Aprel 17:06
15 Aprel 16:50
15 Aprel 16:47
15 Aprel 16:38
15 Aprel 16:14
15 Aprel 15:52
15 Aprel 15:23
15 Aprel 15:21
15 Aprel 15:18
15 Aprel 15:05
15 Aprel 14:52
15 Aprel 14:27
15 Aprel 14:24
15 Aprel 14:21
15 Aprel 14:20
15 Aprel 14:16
15 Aprel 14:15
15 Aprel 14:09
15 Aprel 14:06
15 Aprel 13:30
15 Aprel 13:29
15 Aprel 13:28
15 Aprel 13:12
15 Aprel 12:37
15 Aprel 12:15
15 Aprel 12:13
15 Aprel 11:55
15 Aprel 11:47
15 Aprel 11:35
15 Aprel 11:35
15 Aprel 10:54
15 Aprel 10:50
15 Aprel 10:02
15 Aprel 09:27
15 Aprel 09:18
15 Aprel 09:00
15 Aprel 08:57
15 Aprel 08:55
15 Aprel 08:55
15 Aprel 08:54
15 Aprel 08:53
15 Aprel 08:19
15 Aprel 08:16
15 Aprel 08:08
15 Aprel 08:04
15 Aprel 01:37
15 Aprel 01:35
14 Aprel 22:35
14 Aprel 22:11
14 Aprel 21:55
14 Aprel 20:25
14 Aprel 20:18
14 Aprel 19:12
14 Aprel 18:29
14 Aprel 18:25
14 Aprel 18:23
14 Aprel 18:19
14 Aprel 18:06
14 Aprel 17:59
14 Aprel 17:40
14 Aprel 17:37
14 Aprel 17:35
14 Aprel 17:28
14 Aprel 17:23
14 Aprel 17:12
14 Aprel 17:07
14 Aprel 17:04
14 Aprel 16:58
14 Aprel 16:38
14 Aprel 16:35
14 Aprel 16:34
14 Aprel 16:25
14 Aprel 16:10
14 Aprel 16:05
14 Aprel 15:37
14 Aprel 15:31
14 Aprel 14:54
14 Aprel 14:52
14 Aprel 14:52
14 Aprel 14:02
14 Aprel 14:00
14 Aprel 13:33
14 Aprel 13:30
14 Aprel 13:08
14 Aprel 13:07
14 Aprel 13:05
14 Aprel 13:04
14 Aprel 13:02
14 Aprel 12:56
14 Aprel 12:52
14 Aprel 12:48
14 Aprel 12:18
14 Aprel 12:09
14 Aprel 12:08
14 Aprel 12:05
14 Aprel 11:59
14 Aprel 11:52
14 Aprel 11:35
14 Aprel 11:13
14 Aprel 10:53
14 Aprel 10:48
14 Aprel 10:26
14 Aprel 10:25
14 Aprel 10:14
14 Aprel 10:07
14 Aprel 09:53
14 Aprel 09:49
14 Aprel 09:38
14 Aprel 09:37
14 Aprel 09:35
14 Aprel 09:33
14 Aprel 09:31
14 Aprel 09:28
14 Aprel 09:28
14 Aprel 09:26
14 Aprel 09:22
14 Aprel 09:03
14 Aprel 09:00
14 Aprel 08:55
14 Aprel 08:52
14 Aprel 01:55
14 Aprel 01:37
14 Aprel 00:21
14 Aprel 00:18
13 Aprel 23:21
13 Aprel 23:17
13 Aprel 22:02
13 Aprel 21:11
13 Aprel 21:08
13 Aprel 21:06
13 Aprel 19:47
13 Aprel 19:04
13 Aprel 18:36
Ən son xəbərləri səhifəmizdən də izləyin