BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,79 ABŞ dolları və ya 5% artaraq, 79,58 dollar/barel təşkil edib.

 

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

 

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,82 dollar və ya 5,13% bahalaşaraq 78,25 dollar təşkil edib.

 

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,71 dollar və ya 16,18% artaraq, 63,72 dollar/barelə bərabər olub.

 

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 3,84 dollar və ya 5,22% artaraq, 77,47 dollar/barel təşkil edib.

 

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Tarix: 18 İyun 2025, 09:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin