Azərbaycanın iqtisadi inkişaf strategiyasına uyğun olaraq, yeni və dayanıqlı gəlir mənbələrinin formalaşdırılması, turizmin təşviqi, beynəlxalq investisiya mühitinin yaxşılaşdırılması məqsədilə Xəzər dənizinin ölkəmizə məxsus akvatoriyasında süni torpaq sahələrinin yaradılması, həmin ərazilərdə lisenziyalı kazino oyunlarının təşkil edilməsi günün vacib tələbidir.
Bunu deputat Vasif Qafarov bildirib.
Onun sözlərinə görə, süni torpaq sahələrində lisenziyalı kazino oyunlarının təşkili iqtisadi potensial və büdcəyə töhfə baxımından böyük əhəmiyyət kəsb edir: "Kazino sektorunun dövlət nəzarəti altında fəaliyyət göstərməsi dövlət büdcəsinə illik 100 milyonlarla manat məbləğində vergi və lisenziya ödənişləri gətirə bilər. Həmçinin yerli sahibkarlığın və turizm infrastrukturunun inkişafına ciddi multiplikativ təsir etməklə, süni torpaqlar üzərində qurulacaq komplekslər ətrafında otelçilik, iaşə, əyləncə, nəqliyyat, tikinti kimi sahələrdə minlərlə iş yeri yaradılmasına təkan verəcək".
Deputat qeyd edib ki, süni torpaq sahələrində lisenziyalı kazino oyunlarının təşkili ölkədə qeyri-qanuni yollarla fəaliyyət göstərən kazino və yaxud bu tipli digər oyunların yayılmasının qarşısını almaq məqsədi daşıyır: "Bəzi hallarda qeyri-leqal qumar fəaliyyətləri sosial-hüquqi problemlər yaradır. Lisenziyalaşdırılmış və nəzarət olunan zona şəklində kazino fəaliyyəti bu sahədə leqallaşmanı və şəffaflığı təmin etməklə, sosial zərərlərin idarə olunan səviyyədə saxlanmasına şərait yaratmaqla, dövlət orqanlarının bu sahədə effektiv nəzarət imkanlarını artıracaq".
Onun sözlərinə görə, kazino biznesinin leqallaşdırılması və tənzimlənməsi beynəlxalq təcrübəyə əsaslanır: "Beynəlxalq təcrübə göstərir ki, kazino sektorunda leqal fəaliyyətin təşkili bir çox dövlətlərə milyardlarla gəlir gətirir. Bir sıra dövlətlər - Çin (Makao), Sinqapur, BƏƏ, Fillippin, Cənubi Koreya, Gürcüstan qapalı və selektiv kazino zonaları yaradaraq turizm və xidmət sektorlarını əhəmiyyətli dərəcədə inkişaf etdirib, xarici valyuta axını ilə iqtisadiyyatlarına müstəqil sabitlik qazandırıblar. Çinin təxminən 700 min əhalisi olan Makao Xüsusi İnzibati Bölgəsinin kazino sektorundan təkcə 2024-cü il üzrə ümumi gəliri 28.3 milyard ABŞ dolları təşkil edib. Bu isə Makaonun ÜDM-nin 40 %-dən çoxunu, büdcə gəlirlərinin 50%-ni təmin edir. Azərbaycan bu təcrübəni milli maraqlara uyğunlaşdırmaqla regionda yeni turizm və biznes mərkəzinə çevrilə və qonşu ölkələrdən olan turist axınını stimullaşdıra bilər".
"Bu sahədə hüquqi və sosial nəzarət imkanları təklif edən fəaliyyət yalnız aşağıdakı təhlükəsizlik və ictimai nəzarət mexanizmləri ilə icra olunmalıdır. Yalnız xarici vətəndaşlara və turistlərə xidmət göstərən məhdud girişli zona olmalıdır. Qumar aludəçiliyinin qarşısını almaq üçün psixoloji və tibbi filtrlər tətbiq edilməli, şəxsin vizual görünüşü anlaqlı olması təsiri bağışlamalıdır. Lisenziya və nəzarət orqanları daimi kazinoların fəaliyyətinə dair manitorinq aparmalı və bu barədə müvafiq dövlət qurumuna vaxtaşırı hesabat verilməlidir. Nəticə etibarilə, beynəlxalq təcrübə göstərir ki, süni torpaq sahələrində kazino oyunlarının təşkili dövlət üçün həm fiskal, həm də sosial-iqtisadi baxımdan əhəmiyyətli nəticələr doğura bilər. Kazino fəaliyyətindən əldə edilən gəlirlər sosial sahəyə də öz töhvəsini verəcək. Belə layihələrin həyata keçirilməsi qeyri-neft sektorunun inkişafına, işsizliyin azaldılmasına və yeni turizm mərkəzlərinin formalaşmasına zəmin yaratmaqla, ölkəyə turist axınının artırılmasına xidmət edəcək", - deyə deputat fikrini tamamlayıb.
Report
10 Aprel 12:56
10 Aprel 12:53
10 Aprel 12:52
10 Aprel 12:51
10 Aprel 12:49
10 Aprel 12:46
10 Aprel 12:36
10 Aprel 12:34
10 Aprel 12:32
10 Aprel 12:29
10 Aprel 12:24
10 Aprel 12:13
10 Aprel 12:08
10 Aprel 12:06
10 Aprel 12:06
10 Aprel 12:03
10 Aprel 11:33
10 Aprel 11:27
10 Aprel 11:23
10 Aprel 11:21
10 Aprel 11:20
10 Aprel 11:00
10 Aprel 10:58
10 Aprel 10:46
10 Aprel 10:44
10 Aprel 10:22
10 Aprel 10:20
10 Aprel 10:19
10 Aprel 09:35
10 Aprel 09:35
10 Aprel 09:33
10 Aprel 09:31
10 Aprel 09:29
10 Aprel 09:26
10 Aprel 09:24
10 Aprel 09:22
10 Aprel 09:15
10 Aprel 07:41
10 Aprel 07:28
10 Aprel 06:54
10 Aprel 01:54
10 Aprel 01:48
10 Aprel 00:14
10 Aprel 00:09
9 Aprel 23:18
9 Aprel 23:16
9 Aprel 22:59
9 Aprel 22:54
9 Aprel 22:49
9 Aprel 22:44
9 Aprel 22:35
9 Aprel 22:24
9 Aprel 21:55
9 Aprel 20:59
9 Aprel 19:44
9 Aprel 19:08
9 Aprel 19:05
9 Aprel 18:33
9 Aprel 17:24
9 Aprel 17:13
9 Aprel 17:12
9 Aprel 17:11
9 Aprel 16:33
9 Aprel 16:31
9 Aprel 16:28
9 Aprel 16:24
9 Aprel 16:22
9 Aprel 16:17
9 Aprel 16:11
9 Aprel 16:08
9 Aprel 16:03
9 Aprel 15:28
9 Aprel 15:20
9 Aprel 15:17
9 Aprel 15:09
9 Aprel 15:04
9 Aprel 15:01
9 Aprel 14:52
9 Aprel 14:50
9 Aprel 14:46
9 Aprel 14:45
9 Aprel 14:40
9 Aprel 14:36
9 Aprel 14:31
9 Aprel 14:26
9 Aprel 14:16
9 Aprel 13:57
9 Aprel 13:35
9 Aprel 13:28
9 Aprel 13:25
9 Aprel 13:22
9 Aprel 13:05
9 Aprel 13:03
9 Aprel 12:54
9 Aprel 12:49
9 Aprel 12:32
9 Aprel 12:11
9 Aprel 12:09
9 Aprel 12:05
9 Aprel 11:26
9 Aprel 10:55
9 Aprel 10:33
9 Aprel 10:28
9 Aprel 09:48
9 Aprel 09:34
9 Aprel 09:31
9 Aprel 09:30
9 Aprel 09:00
9 Aprel 08:55
9 Aprel 08:53
9 Aprel 08:51
9 Aprel 08:45
9 Aprel 08:44
9 Aprel 08:39
9 Aprel 08:29
9 Aprel 08:24
9 Aprel 08:20
9 Aprel 08:14
9 Aprel 07:38
9 Aprel 00:59
9 Aprel 00:55
9 Aprel 00:26
9 Aprel 00:01
8 Aprel 23:41
8 Aprel 23:31
8 Aprel 23:29
8 Aprel 23:25
8 Aprel 23:20
8 Aprel 23:18
8 Aprel 20:43
8 Aprel 20:40
8 Aprel 20:36
8 Aprel 20:08
8 Aprel 19:52
8 Aprel 19:50
8 Aprel 18:53
8 Aprel 18:39
8 Aprel 18:34
8 Aprel 18:24
8 Aprel 18:21
8 Aprel 17:55
8 Aprel 17:10
8 Aprel 17:01
8 Aprel 16:59
8 Aprel 16:58
8 Aprel 16:55
8 Aprel 16:51
8 Aprel 16:47
8 Aprel 16:45
8 Aprel 16:41
Ən son xəbərləri səhifəmizdən də izləyin