BURADA REKLAMINIZ OLA
BİLƏR

Heydər Əliyev Mərkəzi binalarının təmir işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanmasına 130 min manata yaxın vəsait xərclənəcək

Tovuz, Qazax və Gədəbəy Heydər Əliyev Mərkəzi binalarının cari təmir işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması xidmətinə 107 970 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidməti “Creat Company” MMC həyata keçirəcək.

 

Tərtər rayon Heydər Əliyev Mərkəzinin binasının cari təmir işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanmasına isə 21 752 AZN sərf ediləcək. Burada işləri “House Project” MMC görəcək.

 

Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC hər iki şirkətlə müqavilə bağlayıb.

 

Cabir

Tarix: 24 İyun 2025, 08:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin