BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan və Serbiya Hərbi Hava Qüvvələri mütəxəssislərinin görüşü olub

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Serbiya Respublikasının Müdafiə Nazirliyi arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin "Hərbi Hava Qüvvələri (HHQ) arasında mütəxəssis görüşü" keçirilib.

 

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tərəflər Azərbaycan və Serbiya HHQ-lərinin cari vəziyyəti və perspektiv imkanları ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

 

Mütəxəssis görüşü zamanı, həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub və qarşılıqlı suallar cavablandırılıb.

Tarix: 24 İyun 2025, 12:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin