BURADA REKLAMINIZ OLA
BİLƏR

Külək bu saatlardan zəifləyəcək

İyunun 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 27, Bakıda və Abşeron yarımadasında 20, Naftalan və Zərdabda 18, Mingəçevirdə 16, Yevlax, Şabran və Şəkidə 15 m/s-yə çatır.

 

Dənizdə dalğanın hündürlüyü 2.2 metrdir.

 

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 24-ü axşam saatlarından tədricən zəifləyəcək.

Tarix: 24 İyun 2025, 15:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin