BURADA REKLAMINIZ OLA
BİLƏR

"Yetim Sabir"in qardaşına hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Yetim Sabir" kimi tanınan Sabir Əsgərovun qardaşı Pərvin Əsgərova hökm oxunub.

 

O, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir.

 

Prosesdə məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə P.Əsgərov 7 il 6 ay azadlıqdan məhrum edilib.

 

İttihama görə, "Yetim Sabir" Rusiyada bizneslə məşğul olan sahibkardan cəzaçəkmə müəssisəsindəki dustaqlar üçün pul tələb edib. Sahibkar isə bu təklifdən imtina edib. "Yetim Sabir" isə onu ölümlə hədələyib və xaricdə təhsil alan oğlunun həyatına təhlükə yaradacağını bildirib.

 

Bundan sonra, "Yetim Sabir"in qardaşı ov tüfəngi ilə sahibkarın Şəmkir rayonu ərazisindəki evinin qarşısına gələrək onun darvazasına atəş açıb. Daha sonra "Yetim Sabir" sahibkara zəng vuraraq "birinci güllə darvazana dəydi, ikinci isə…" deyib.

 

Sahibkarın şikayətindən sonra Pərvin Əsgərov şübhəli şəxs qismində tutulub.

 

Oxu.az

Tarix: 24 İyun 2025, 18:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin