BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyan Ermənistanda baş tutmamış çevriliş planından danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə baş tutmamış çevriliş planını açıqlayıb.

 

Sosial şəbəkədə “Civic” nəşrinin paylaşımını şərh edən Paşinyan yazıb: “Bu proses tarixdə xainlərin uğursuz çevrilişi kimi qalacaq”.

 

Qeyd edək ki, sözügedən nəşrdə müxalifətin hakimiyyəti devirmək planından bəhs olunub. Yazıda Ermənistanın sabiq prezidentləri və bir sıra Rusiya şirkətləri də qeyd olunub.

 

Nəşr həmçinin daha əvvəl ictimaiyyətə məlum olmayan “Çevriliş strategiyası” adlı sənədin yeddi səhifəlik skanını dərc edib. Sənədin birinci səhifəsində planın məqsədi kimi “Paşinyanı devirmək və hakimiyyəti xalqa, kilsəyə və digər qurumlara ötürmək” göstərilir.

 

Trend

Tarix: 25 İyun 2025, 00:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin