BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını və qohumunu öldürmək istəyən şəxs kassasiya şikayəti verdi

Şamaxıda 2 qadına bıçaqlamaqda təqsirləndirilən Novruz Babayevin barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılır.
 

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
 

Qeyd: Şamaxı rayon sakinləri - 1997-ci il təvəllüdlü Elmira Babayeva və 2000-ci il təvəllüdlü Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub. Hər iki qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Babayevanın əri, 1996-cı il təvəllüdlü Novruz Babayev saxlanılıb. Novruz Babayeva qarşı Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi üzrə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov 

Tarix: 25 İyun 2025, 10:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin