BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının bir sıra yollarında hərəkət 3 gün məhdudlaşdırılacaq

26 iyun saat 08:00-dan 29 iyun saat 22:00-dək bir sıra ünvanlarda yol təmir işləri aparılacaq.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

 

Təmir aparılacaq yollar aşağıdakılardır:

 

Səbail rayonu, Badamdar şosesi (20-ci Sahə dairəsindən Şahlar Allahverdiyev küçəsinin kəsişməsinə qədər);

 

Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi (Konservatoriyanın qarşısı) və Səməd Vurğun küçəsi (Türkiyə Cümhuriyyəti Səfirliyinin qarşısı);

 

Binəqədi rayonu, Ziya Bünyadov prospekti (yan yol, Atatürk prospektindən Azadlıq prospektinə qədər);

 

Nərimanov rayonu, Ziya Bünyadov prospekti (yan yol Azadlıq prospektindən İbrahimpaşa Dadaşov küçəsinə qədər) və Ziya Bünyadov prospekti (Zaur Nudirəliyev küçəsindən Ağasadıq Gəraybəyli küçəsinə qədər);

 

Nizami rayonu, Musa Əliyev və Oqtay Vəliyev küçələri (hissə-hissə);

 

Yasamal rayonu, Akim Abbasov küçəsi (Həsən bəy Zərdabi küçəsindən Şəfayət Mehdiyev küçəsinə qədər).

 

Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Tarix: 25 İyun 2025, 14:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin