BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin NƏZƏRİNƏ

Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

 

Bu barədə DMX-dən məlumat verilib.

 

24 mart 2020-ci il tarixindən Azərbaycan Respublikasının ərazisində olan və COVİD-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti uzadılan və ölkədə olmaları qanuni hesab edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 31 iyul 2025-ci il tarixinədək Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsaslardan biri olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və ya ölkə ərazisini tərk etməlidirlər.

Tarix: 1 İyul 2025, 14:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin