BURADA REKLAMINIZ OLA
BİLƏR

Almaniyada son sutkada 248 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

Almaniyada yeni növ koronavirus infeksiyasına (COVID-19) son sutka ərzində 248 yeni yoluxma qeydə alınıb, daha 3 nəfər bu virusun qurbanına çevrilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin tabeliyində olan və COVID-19-la bağlı statistika aparan Robert Kox institutu məlumat yayıb.

 

Bundan bir gün əvvəl 378 yoluxma və 6 ölüm faktının qeydə alındığı bildirilmişdi.

 

İnstitutun məlumatına görə, Almaniyada ümumilikdə 198 804 nəfərdə koronavirusa yoluxma faktı təsdiqlənib, onlardan 9063-ü vəfat edib, təxminən 184,6 min insan isə müalicə olunaraq sağalıb.

 

Ən çox yoluxma halları Bavariyada (49 204), Şimali Reyn-Vestfaliyada (44 915) və Baden-Vürtemberqdə (36 041) rast gəlinib. Berlində indiyədək 8637 nəfərdə koronavirus aşkar olunub.APA

Tarix: 12 İyul 2020, 11:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin