BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Süleymanov vəzifəsindən azad edildi

Azərbaycan Kənd Təsərrüfatı nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov vəzifəsindən azad edilib. “PostMedia”nın əldə etdiyi məlumata görə, bu barədə nazir Məcnun Məmmədov əmr imzalayıb.

 

Nazirin yeni əmri ilə adıçəkilən şöbəyə rəhbərlik İnsan resursları şöbəsinin müdir müavini, Elm və təhsil üzrə sektor müdiri Emin Əliyevə tapşırılıb.

 

Qeyd edək ki, İlham Süleymanov sabiq nazir İnam Kərimovun əmri ilə 2018-ci ildən KTN-də fəaliyyətə başlayıb. Ondan əvvəl isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsində işləyib.

 

Xatırladaq ki, Emin Əliyev daha əvvəllər KTN-in tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondunun rəhbəri olub.

 

 

Tarix: 2 İyul 2025, 11:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin