BURADA REKLAMINIZ OLA
BİLƏR

İşıq olmayacaq

Bu gün Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

"Azərişıq"dan verilən məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Babək” hava xəttində 3 iyul tarixində təmir işi aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək rayonun Siyablı, saat 14:00-dan saat 16:00-dək Mollakənd, Narbağı, Rvo, Şovu, Təngivan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 

Məlumata görə, təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Tarix: 3 İyul 2025, 09:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin