BURADA REKLAMINIZ OLA
BİLƏR

CAR-da yenidən komendant saatı tətbiq ediləcək

Cənubi Afrika Respublikasında yeni növ koronavirusun sürətlə yayılmasının qarşısını almaq üçün yenidən komendant saatı tətbiq ediləcək.

Pravda.az xəbər verir ki, bunu ölkə prezidenti Siril Ramaposa əhaliyə müraciətində deyib.

Onun sözlərinə görə, komendant saatı iyulun 13-dən etibarən axşam saat 21:00-dan səhər saat 04:00-a qədər davam edəcək.

Eyni zamanda, alkoqol satışına qoyulan qadağa bərpa edilir, küçələrdə, ictimai yerlərdə və iş yerlərində qoruyucu maskaları taxmaq məcburidir.Report

Tarix: 13 İyul 2020, 07:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin