BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda kişi öldürüldü, qızı bıçaqlandı - Kürəkən tutuldu - YENİLƏNDİ

 

İyulun 12-də gecə saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.

 

***

09:36

 

Sumqayıtda 55 yaşlı kişi qətlə yetirilib.

 

Hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib. 1970-ci il təvəllüdlü Arif Bağıyev küçədə bıçaqla qətlə yetirilib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, A.Bağıyevin kürəkəni Nurullah Mərdanov saxlanılıb.

 

Məlumata görə, N.Mərdanov qayınatasını qətlə yetirməzdən əvvəl həyat yoldaşını da bıçaqlayıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Oxu.az

Tarix: 12 İyul 2025, 11:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin