Reklam

Çin Azərbaycanın tikinti bazarına daxil olarsa, evlərin qiyməti enə bilərmi? - AÇIQLAMA

“Çin Azərbaycanın tikinti bazarına daxil olsa, evlərin qiymətinin ucuzlaşacağını ehtimal etmirəm. Çünki bizdə tikinti sahəsində qiymətlərin yüksək olması texnologiyaların baha olması ilə əlaqədar deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış ekspert Əkrəm Həsənov deyib.

 

“Onsuz da bizdə tikintidə o qədər də bahalı texnologiyalardan istifadə olunmur. Daşınmaz əmlakın bahalaşmasının başında korrupsiya dayanır. Tikinti şirkətləri dövlət orqanlarına o qədər rüşvət verirlər ki...  Tikinti şirkətləri rüşvət verdikləri pulu da qiymətin üstünə qoyurlar, buna görə də bahalıqdır. Vəziyyətin dəyişəcəyini gözləmirəm. Təəssüf ki, Çin də heç nə dəyişə bilməyəcək”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 14 İyul 2025, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin