BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə AMEA-nın sabiq əməkdaşı ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Milli Elmlər Akademiyasının Fizika İnstitutun keçmiş əməkdaşı Afət İbrahimovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: Məlumata görə, Milli Elmlər Akademiyasının Fizika İnistitunun keçmiş əməkdaşı Afət İbrahimova 4 şəxsə qarşı dələduzluq edib. Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilən İbrahimova Afət Səfərəli qızı Qulamov Şahin Niftalı oğlu, Hüseynəliyeva Adilə Şahmar qızı, Kərimov Arzu Həkimağa oğlu və Muradov Malik Məlik oğlundan xeyli miqdarda pul alaraq onların etibarından sui-istifadə edib. Belə ki, Bakı Sağlamlıq Mərkəzində həkim işləyən Şahin Qulamov Türkiyə Universitetində təhsil alan qızını Bakıdakı universitetlərin birinə köçürmək üçün Afət İbrahimovaya 20 min manat pul verib. Ancaq A.İbrahimova vədinə əməl etməyərək həkimi aldadıb və pulu qaytarmayıb. Digər aldatdığı şəxs Adilə Hüseynəliyeva isə prezidentin sərəncamı ilə 2010-cu ildə təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. O da eyni formada Afət İbrahimovanın qurbanına çevrilib. Adilə xanımın sözlərinə görə, Afət pulu ondan nəvəsini Türkiyəyə dövlət hesabına müalicə elətdirmək adı ilə alıb: “Nəvəm ağır qəza keçirmişdi, Neftçilər xəstəxanasında yatırdı. Afət dedi ki, vəzifədə qohumlarım işləyir, dövlət hesabına aparıb Türkiyədə müalicə elətdirəcəm. Ancaq 20 min ABŞ dolları lazımdı. Məndə notarius vasitəsi ilə həmin pulu verdim. Ancaq Afət vədinə əməl etmədi, aldığı pulunda 7 minini qaytarıb.

 

Xatırlatma: 2019-cu ilin aprel ayında Afət İbrahimova Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 il müddətinə şərti cəzaya məhkum edilib. Şikayətçilər apellyasiya şikayəti versələr də Bakı Apelyyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 14 İyul 2025, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin