BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə həmkəndlisini söyüşə görə bıçaqlayan gənclə bağlı qərarı açıqladı

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sərxan Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 04 sentyabr 2024-cü il tarixdə Samux rayonu, Sərkar kəndində qeydə alınıb.

 

Belə ki, həmin kənd sakini, 2003-cü il təvəllüdlü Sərxan Quliyev evdə olarkən sərxoş vəziyyətdə olan həmkəndlisi, zərərçəkmiş Samir Xəlilov onun atası ilə mübahisə etdiyini və ucadan ünvansız söyüşlər etdiyini görüb. O, zərərçəkmiş şəxsi küçəyə çıxardıb. Bundan hiddətlənən Samir onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Sonra Sərxan evdən mətbəx bıçağını götürüb küçəyə çıxıb. Mübahisə zamanı təqsirləndirilən şəxs Samirə bir neçə bıçaq zərbəsi vuraraq, ona bədən xəsarəti yetirib.

 

Hadisədən sonra Sərxan Quliyev saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 3 il 3 ay müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclası zalından həbs olunub.

 

Kamal Məmmədov

 

Tarix: 14 İyul 2025, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin