Reklam

Probiyotiklərin faydası açıqlandı

Bağırsaq sağlamlığı üçün vacib olan probiyotiklər, orqanizmə fayda verən canlı mikroorqanizmlərdir.

 

Pravda.az bildirir ki, qatıq, kefir, turşu kimi qidalar probiyotik baxımından zəngindir.

 

Mütəxəssislərə görə, probiyotiklər:

 

İshal, qəbizlik, qaz və şişkinlik kimi həzm problemlərinə qarşı təsirlidir,

 

Arıqlama prosesini dəstəkləyir,

 

Yoğun və düz bağırsaq xərçəngi riskini azaldır,

 

Allergik reaksiyaları zəiflədir,

 

İmmunitet sistemini gücləndirir.

 

Gündə 1 stəkan kefir və ya 1 kasa qatıq istehlakı bağırsaq florasını qorumağa kömək edir. Həmçinin, probiyotiklərin təsirini artırmaq üçün prebiyotik mənbəli qidalar (soğan, sarımsaq, yulaf və s.) da rasiona daxil edilməlidir.

 

Əminə Bayramova

Tarix: 14 İyul 2025, 13:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin