BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycan və Suriya arasında mavi qaz, bütövlükdə enerji anlaşması potensial olaraq mümkün məsələlərdəndir”

“Azərbaycan və Suriya arasında münasibətlərin normallaşması prosesi başlayıb. Sözsüz ki, bu, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri də bundan xəbər verir ki, münasibətlər yeni mərhələyə qədəm qoyub. Təbii ki, enerji əməkdaşlığı vacib məqamlardan biri ola bilər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

 

Deputat bildirib ki, hazırda Azərbaycan 12 ölkəyə mavi qaz nəql edir: “Onlardan 10-u Avropa ölkəsidir. Eyni zamanda illik mavi qaz ixracatımız 25 milyard kubmetrdir. Artıq mavi qaz ixracatında Azərbaycanın xüsusi payı olmaqla yanaşı, bu, dövlət gəlirlərimizin artmasına töhfə verir, həm də ölkəmizin geosiyasi mövqeyinin daha da gücləndirilməsinə imkan yaranır. Uzun müddət Suriya İqtisadiyyatı tənəzzülə uğrayıb, Suriyada faktiki olaraq infrastrukturun dağıdılması həyata keçirilib. Bu kontekstdən müzakirələr nəticəsində hansı istiqamətlərdə əməkdaşlığın mümkün olması müəyyənləşəcək. Azərbaycan məhz Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlıqda maraqlı olduğunu, fərqli istiqamətlərdə dəstək nümayiş etdirmək niyyətini bəyan edib. Buna görə də mavi qaz, bütövlükdə enerji anlaşması da hazırda müzakirə edilən, potensial olaraq mümkün olan məsələlərdəndir”.

 

Aytəkin Qardaşova

Tarix: 14 İyul 2025, 15:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin