BURADA REKLAMINIZ OLA
BİLƏR

Bağlanan bankın sabiq sədri “Azərenerji”nin 1,4 milyon manatlıq tenderini udub

“Azərenerji” ASC-nin keçirdiyi açıq tenderə yekun vurulub.


Pravda.az “PostMedia”ya istinadən xəbər verir ki, müxtəlif növ avadanlıqlar və aqreqatlarda təmir-təftiş xidmətinin alışı üzrə keçirilən müsabiqənin qalibi “Profix” MMC olub.


2018-ci ildə yaradılan qurum “Azərenerji” ilə 1 milyon 389 min 950 manatlıq xidməti müqavilə imzalayıb.


“Profix” MMC-nin qanuni təmsilçisi Həsənov Elmir Əlimərdan oğlu 2021-ci ilə qədər “Muğan Bank” ASC-nin İdarə Heyətinin sədri olub.


Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə sabiq deputat Əhməd Vəliyevə məxsus “Muğan Bank”ın lisenziyası ləğv edilib.

Tarix: 14 İyul 2025, 20:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin