BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nda kütləvi ixtisar olub?

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” MMC-də kütləvi ixtisar olduğu bildirilir.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC-də, təxminən, 300 nəfər işdən çıxarılıb.

 

Məsələ ilə bağlı Pravda.az Limana sorğu ünvanlasa da, mövqe bildirilməyib.

 

Xatırlatma: “AZCON Holding” şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tabeliyinə verilmiş "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC "Bakı Beynəlxalq Dəniz Limanı” MMC-yə çevrilib. Prezident İlham Əliyevin 25 fevral 2025-ci il tarixli sərəncamına əsasən, ADY Bakı Limanının ona qoşulması formasında yenidən təşkil edilib.

 

Aytəkin Qardaşova

Tarix: 15 İyul 2025, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin