Reklam

Məhkəmə yol qəzasında günahlandırılan vəzifəli şəxsin cəzasını azaltdı

Şəki Apellyasiya Məhkəməsində yol qəzasında təqsirləndirilən Mənsur Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Qəbələ Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilib. Təqsirləndirilən şəxsə təyin edilmiş 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il 6 aya endirilib. Mənsur Məmmədov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.


Qeyd: hadisə 2023-cü il fevralın 6-sı saat 10:30-da Qəbələ şəhəri, 28 May küçəsində - Qəbələ Reabilitasiya Mərkəzinin qarşısında baş verib.


Belə ki, Bakı Metropoliteninin Mühafizəsi üzrə polis şöbəsinin polis serjantı Məmmədov Mənsur Rəmzi oğlunun idarə etdiyi “VAZ-2107”, 1957-ci il təvəllüdlü Məmmədov Rəhim Rəşid oğlunun sürdüyü “VAZ-2106” və Mikayılov Ələsgər İmam idarə etdiyi “VAZ-2107” toqquşub.


Nəticədə hər 3 sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Görülmüş tibbi tədbirlərə baxmayaraq Rəhim Məmmədov xəstəxanada ölüb.


Faktla bağlı Qəbələ RPŞ-nin istintaq bölməsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. 

 

Kamal Məmmədov 

Tarix: 16 İyul 2025, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin