BURADA REKLAMINIZ OLA
BİLƏR

Sevdiyi qadını avtomobilinə əyləşdirmək istədi, yüngül zərər yetirdi

Naftalan Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Uğur Qurbanovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.


İttihama görə, hadisə 16 aprel 2025-ci il tarixdə, saat 16:34 radələrində Naftalan-Səfikürd avtomobil yolunun Naftalan şəhəri, İslam Həsənzadə küçəsində yerləşən “İnşaat malları” mağazasının qarşısında qeydə alınıb.


Belə ki, Uğur Qurbanov zərərçəkmiş İradə Bəkirovu (adı, soyadı şərtidir) sevib. Qadınla sözügedən ərazidə səki ilə piyada hərəkətdə olan təqsirləndirilən şəxs aralarında mövcud olan şəxsi münasibətləri pozub evlənmək məqsədi ilə iradəsinə zidd olaraq İradəni qucaqlayıb və qolundan tutub özünə məxsus avtomobilə əyləşdirmək istəyib. Bu zaman Uğur qəsdən qadının sağlamlığına yüngül zərər vurub.

Hadisədən sonra Uğur Qurbanov saxlanılaraq cinayət məsuliyətinə cəlb edilib.

Məhkəmədə zərərçəkmiş hazırda təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti və tələbinin olmadığını bildirib.

 

Kamal Məmmədov 

Tarix: 16 İyul 2025, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin