BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan və Suriyanın əlaqələrinin yeni zirvədə davamının əsası qoyulub - RƏY

“Azərbaycan-Suriya münasibətlərinin qədim tarixi var. Ta qədim dövrdən Azərbaycanın Suriya ilə iqtisadi, humanitar əlaqələri olub. Ədəbiyyatımızda, mədəniyyətimizdə bununla bağlı çox sayda nümunələr mövcuddur. Hətta müstəqillik qazandıqdan sonra bir çox Azərbaycan ziyalısı Suriyanın bu və ya digər sahələrində çalışıb, onun inkişafında rol oynayıblar. Çox təəssüf ki, əvvəlki hakimiyyət dövründə Suriya hakimiyyəti Ermənistanla əlaqələrə böyük önəm verir, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi məsələsinə göz yumurdu. Bəzi hallarda isə buna dəstək verirdi. Suriyada hakimiyyət dəyişikliyindən sonra qurulan Administrasiya Azərbaycanla əlaqələrə yenidən baxmaq qərarına gəldi. Eyni zamanda Azərbaycan da Suriyanın vətəndaş müharibəsindən sonra bərpasında iştirak etməyə dair öz mövqeyini,  Türkiyə ilə birgə fəaliyyət göstərmək əzmini ortaya qoydu”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadə: "Bəzi insanlar böyük işlərə qiymət vermirlər" Pravda.az

Deputat bildirib ki, son dövrlər beynəlxalq xarici tədbirlərdə Azərbaycan-Suriya rəsmilərinin görüşü baş tutub: “Uzun müddət fasilədən sonra Suriyanın paytaxtında Azərbaycan səfirliyi fəaliyyət göstərdi. Bu günlərdə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri ilə əlaqələrimizin tamam yeni zirvədə davam etməsinin əsası qoyuldu. Azərbaycan Suriyanın energetika sahəsinin bərpasında iştirak edə, dağılmış kommunikasiyasının yenidən qurulmasına dair öz təcrübəsini bölüşə və iştirakçı ola bilər. Ümumilikdə, bütün sahələr - iqtisadi, siyasi, diplomatik, humanitar sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün böyük imkanlar var. Hər iki tərəf bu imkanlardan istifadə etmək əzmini ortaya qoyub. Hesab edirəm, zaman-zaman bu əlaqələrin möhkəmləndirilməsinə dair xoş xəbərlər eşidəcəyik”.

 

Aytəkin Qardaşova

Tarix: 16 İyul 2025, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin