Reklam

Elektron cihazlara yox... - Diqqəti gücləndirməyin yolu

Uşaqlara məsuliyyət tapşırıqları verilməklə diqqət dağınıqlığının qarşısını almaq olar.

 

Pravda.az bildirir ki, diqqət əskikliyinin səbəbləri arasında genetik meyillilik, doğuş zamanı beyin funksiyalarındakı pozğunluqlar, psixoloji problemlər və elektron cihazlardan həddindən artıq istifadə yer alır.

 

Uşaqlarda tapşırıqları yerinə yetirməkdə çətinlik, unutqanlıq, diqqətsizlik səbəbilə tez-tez səhvlər və başladığı işi yarımçıq buraxmaq kimi əlamətlər diqqət dağınıqlığına işarə edə bilər.

 

Diqqəti artırmaq üçün valideynlərə tövsiyə olunur ki, elektron cihazlardan istifadə məhdudlaşdırılsın, uşaq idmana yönəldilsin, sağlam qidalandırılsın və nizamlı yuxu təmin edilsin. Bəzi hallarda dərman müalicəsi də tətbiq edilə bilər, lakin düzgün diaqnoz vacibdir. Yanlış diaqnoz uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.

 

Əminə Bayramova

Tarix: 16 İyul 2025, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin