BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda saxlanılan rusiyalılar anaları ilə görüşüblər

Bakıda saxlanılan Rusiya vətəndaşları anaları ilə görüşüblər.

 

Bu barədə “360.ru”ya məhbuslardan birinin bacısı Anastasiya Bezuqlaya məlumat verib.

 

Onun sözlərinə görə, bütün lazımi əşyaların köçürülməsi ilə bir neçə görüş təşkil olunub.

 

O bildirib ki, Rusiya vətəndaşlarının saxlanma şəraitindən şikayəti yoxdur, onların lazım olan hər şey var: “Konsul bir neçə dəfə uşaqlarla görüşüb və saxlanma şəraitinin yaxşı olduğunu deyib”.

 

Anastasiya Bezuqlaya vurğulayıb ki, görüşləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva təşkil edib./Report

Tarix: 16 İyul 2025, 23:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin