Reklam

Ukraynanın yeni Baş naziri seçilib

Ukraynanın müstəqillik tarixində ikinci dəfə qadın Baş nazir seçilib.

 

İyulun 17-də Ali Radanın plenar iclasında Yuliya Siridrenkonun namizədliyi təsdiqlənərək Baş nazir seçilib.

 

Y. Siridrenko buna qədər Ukraynanın iqtisadiyyat naziri olub. 39 yaşlı yeni Baş nazir əslən Çerniqov şəhərindəndir. Karyerasına Çerniqov vilayət administrasiyasından başlayıb.

 

İclasda Prezident Volodimir Zelenski də iştirak edib.

 

Müstəqil Ukraynanın tarixində ilk qadın Baş nazir Yuliya Timoşenko olub./Report

Tarix: 17 İyul 2025, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin