BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur teleaparıcıya Bakı Metropolitenində vəzifə verildi

"Bakı Metropoliteni" QSC-yə yeni mətbuat katibi təyin edilib. Pravda.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, teleaparıcı Nərmin Salmanova metropolitenin mətbuat katibi vəzifəsinə gətirilib.

 

Metropolitenin əvvəlki mətbuat katibi Bəxtiyar Məmmədovun isə fəaliyyətini Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi davam edəcəyi bildirilib.

 

Qeyd edək ki, Nərmin Salmanova daha əvvəl "CBC Sport" və İTV kanallarında aparıcı kimi çalışıb.

Tarix: 21 İyul 2025, 15:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin