BURADA REKLAMINIZ OLA
BİLƏR

Mağazalar şəbəkəsi məhsulu göstərilən qiymətdən baha satdığı üçün inzibati məsuliyyətə cəlb edildi

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən "Bazarstore" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

 

Bu barədə Agentlikdən məlumat verilib.

 

Şirkət qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb. Bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci maddəsinə (Malın qiyməti ilə bağlı istehlakçının az miqdarda aldadılması) uyğun olaraq inzibati xəta kimi qiymətləndirilib.

Tarix: 23 İyul 2025, 16:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin