BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bravo" barəsində tədbir görüldü

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən birinin – “Bravo” supermarketlərinin sahibi olduğu “Azərbaycan Supermarket” MMC (VÖEN - 1403051411) barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protkol tərtib edib. Pravda.az Xidmətə istinadən xəbər verir ki, “Azərbaycan Supermarket” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.

 

Belə ki, “Azərbaycan Supermarket” MMC qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb.

 

Məlumat üçün bildirək ki, “Azərbaycan Supermarket” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb.

Tarix: 23 İyul 2025, 19:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin