Xəbər verildiyi kimi, görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat edib.
Elçin Əfəndiyevin dosyesini təqdim edirik:
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirib, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb.
Onun nəsr əsərləri, hekayə və povestləri onlarla xarici ölkədə tərcümə edilərək nəşr olunub, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayıb.
Elçin Əfəndiyev milli ədəbiyyatımızı xaricdə layiqincə təmsil edən ən tanınmış simalardan biri olub.
Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer alıb.
Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası baş nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bununla yanaşı, 1980-ci illərin sonlarında “Vətən” cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərib.
Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunub./Musavat.com
20 May 01:04
20 May 01:01
19 May 23:42
19 May 23:39
19 May 21:52
19 May 21:48
19 May 21:44
19 May 19:40
19 May 19:37
19 May 18:55
19 May 18:51
19 May 18:48
19 May 18:42
19 May 18:42
19 May 18:32
19 May 18:28
19 May 18:24
19 May 18:17
19 May 18:09
19 May 17:55
19 May 17:55
19 May 17:53
19 May 17:50
19 May 17:49
19 May 17:40
19 May 17:40
19 May 17:30
19 May 17:13
19 May 17:07
19 May 17:06
19 May 16:57
19 May 16:43
19 May 16:38
19 May 16:36
19 May 16:33
19 May 16:30
19 May 16:29
19 May 16:25
19 May 16:12
19 May 16:12
19 May 16:10
19 May 16:05
19 May 15:53
19 May 15:51
19 May 15:49
19 May 15:39
19 May 15:22
19 May 15:09
19 May 15:03
19 May 15:02
19 May 14:50
19 May 14:42
19 May 14:35
19 May 14:20
19 May 14:18
19 May 14:12
19 May 14:05
19 May 14:00
19 May 13:57
19 May 13:51
19 May 13:46
19 May 13:42
19 May 13:25
19 May 13:21
19 May 13:12
19 May 13:09
19 May 13:03
19 May 13:02
19 May 13:01
19 May 12:53
19 May 12:52
19 May 12:41
19 May 12:28
19 May 12:26
19 May 12:13
19 May 12:04
19 May 11:50
19 May 11:50
19 May 11:45
19 May 11:38
19 May 11:06
19 May 11:05
19 May 10:56
19 May 10:53
19 May 10:45
19 May 10:40
19 May 10:28
19 May 10:20
19 May 10:18
19 May 10:14
19 May 10:10
19 May 10:06
19 May 10:04
19 May 10:03
19 May 10:02
19 May 09:59
19 May 09:57
19 May 09:55
19 May 09:53
19 May 09:52
19 May 09:39
19 May 09:36
19 May 09:34
19 May 09:33
19 May 09:15
19 May 09:14
19 May 09:11
19 May 09:09
19 May 09:05
19 May 08:47
19 May 07:47
19 May 04:45
19 May 03:32
19 May 00:47
19 May 00:01
18 May 22:42
18 May 22:03
18 May 21:34
18 May 21:07
18 May 20:29
18 May 19:28
18 May 19:25
18 May 19:06
18 May 18:52
18 May 18:45
18 May 18:33
18 May 18:17
18 May 18:15
18 May 18:10
18 May 18:08
18 May 18:05
18 May 17:51
18 May 17:41
18 May 17:34
18 May 17:03
18 May 17:01
18 May 16:47
18 May 16:34
18 May 16:33
18 May 16:24
18 May 16:23
18 May 16:20
18 May 16:16
18 May 16:09
18 May 16:07
18 May 16:01
18 May 15:54
18 May 15:42
18 May 15:38
18 May 15:35
Ən son xəbərləri səhifəmizdən də izləyin