BURADA REKLAMINIZ OLA
BİLƏR

"Atamla fəxr edirəm" - Şəhid polkovnikin oğlu - VİDEO

Polkovnik, artilleriya komandiri şəhid İlqar Mirzəyevin cənazəsi Bakıya gətirilib. Onun nəşi paytaxtın Xətai rayonunda yerləşən ata ocağına aparılıb. Şəhidimizin cənazəsi böyük coşqu ilə qarşılanıb.


Pravda.az-ın məlumatına görə, İlqar Mirzəyevin yaxınları və oğlu atasının nəşini çiyinləri üzərində daşıyaraq mənzilə gətirilib.

Şəhid komandirin oğlu atası ilə fəxr etdiyini və onun yolu ilə gedəcəyini deyib.

Şəhidimiz sabah dəfn ediləcək.

Qeyd edək ki, artilleriya komadiri İlqar Mirzəyev iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlərdə şəhid olub.

Tarix: 14 İyul 2020, 23:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin