BURADA REKLAMINIZ OLA
BİLƏR

Generalın bacısı: “İcazə verin, anası şəhid balası ilə görüşə bilsin”

“Polad Həşimov hamımızın şəhididir. İcazə verin, anası şəhid balası ilə görüşə bilsin. Bizə deyilib ki, binanın qarşısı boşaldılmazsa, Poladın nəşi gətirilməyəcək. Artıq bir sözə, hərəkətə ehtiyac yoxdur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu şəhid general-mayor Polad Həşimovun bacısı deyib.

 

“Şəhidimizi şərəflə yola salmağı xahiş edirəm. Dedilər ki, binanın qarşısında 4 min insan var, onları nizamlamağa cavabdehsiniz? Mən nizamlaya bilmərəm. Mənim quru səsim, sizə müraciət edirəm, şəhidimizə hörmət edək. Əgər səs-küy olacaqsa, bura – Sumqayıta gətirməyəcəklər, Bakıya aparılacaq. Sakitliyə riayət edək, anası balası ilə görüşə bilsin” – generalın bacısı binanın qarşısında toplananlara səslənib.

Tarix: 14 İyul 2020, 23:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin