BURADA REKLAMINIZ OLA
BİLƏR

Çıxışları ilə gündəm olan Fərhad Pərvizi vəzifəsindən azad edilib - RƏSMİ CAVAB

"Baker Tilly Azerbaijan" şirkətinin maliyyə və biznes məsləhət xidmətləri üzrə direktoru Fərhad Pərvizi vəzifəsindən könüllü şəkildə ayrılıb".

 

Bu barədə "Baker Tilly Azerbaijan" şirkətindən bildiriblər.

 

Qeyd olunub ki, "Baker Tilly Audit Azərbaycan" şirkətində bir il müddətində biznes və məsləhət xidmətləri direktoru vəzifəsində çalışan Fərhad Pərvizi avqustun 4-də şəxsi təşəbbüsü və könüllü ərizəsi əsasında şirkətdən ayrılıb:

 

"O, bu qərarı öz yeni biznes fəaliyyətinə başlamaq və şəxsi layihələrinə daha çox vaxt ayırmaq məqsədilə verib.

 

Fərhad Pərvizi ilə əməkdaşlıq qarşılıqlı anlaşma və peşəkar yanaşma çərçivəsində rəsmi olaraq tamamlanıb, onun şirkətlə olan bütün hüquqi və ictimai əlaqələri - o cümlədən "LinkedIn" profili üzərindən - rəsmən sonlandırılıb. Qeyd edək ki, əmək fəaliyyəti dövründə Fərhad bəyin peşəkar xidmətləri hər zaman yüksək qiymətləndirilib və məmnunluqla qarşılanıb".

 

Şirkət Fərhad Pərvizi barəsində yayılan iddialara da cavab verib:

 

"Təəssüflə qeyd edirik ki, bu gün bəzi sosial media istifadəçiləri və səhifələri tərəfindən yayılan əsassız və yönləndirilmiş məlumatlar ictimai rəyi çaşdırmağa xidmət edir. Yayılan iddialar həqiqəti əks etdirmir və bu cür yanaşmaları qərəzli və məqsədli nüfuz zədələməsi kimi qiymətləndiririk".

***

 

11:54 

 

"Baker Tilly Azerbaijan" şirkətinin maliyyə və biznes məsləhət xidmətləri üzrə direktoru Fərhad Pərvizinin vəzifəsindən azad edilməsi ilə bağlı iddialar səsləndirilir.

 

Sosial mediada edilən paylaşımlarda onun vəzifəsindən azad edilmə səbəbi son günlərdə genderəsaslı ayrı-seçkiliyi legitimləşdirən çıxışları ilə rezonans doğurması göstərilib.

 

Sözügedən çıxışlar ictimai müzakirələrə və qınağa səbəb olduğu üçün "Baker Tilly International"ın baş icraçı direktoru Françeska Lagerberq məsələdən xəbərdar olduqlarını və bir də bu halların yaşanmaması üçün həmin şəxslə söhbət aparıldığını və "Baker Tilly Azerbaijan" şirkəti ilə daimi əlaqədə olduqlarını bildirib.

 

Bu gün sosial media istifadəçiləri tərəfindən edilən paylaşımlarda Fərhad Pərvizinin məhz genderəsaslı ayrı-seçkiliyə yol verən çıxışlarından sonra kütləvi şikayətlər əsasında vəzifəsindən azad edildiyi bildirilib.

 

Məsələ ilə bağlı Oxu.Az Fərhad Pərvizi ilə əlaqə saxlayıb.

 

O, işdən çıxarılması ilə bağlı yayılan iddiaları təkzib və ya təsdiq etməyib:

 

"Bu məsələ ilə bağlı "Baker Tilly" komandası ilə əlaqə saxlayın. Mən bu məsələni şərh edə bilmirəm, səlahiyyətim yoxdur".

Tarix: 5 Avqust 2025, 17:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin