BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA - Bu gündən

“SOCAR” brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95” markalı yanacağın satışı dayandırılmayıb.

 

Bu barədə QSC-dən son günlər Bakının bir çox yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium benzinin satışı dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirilib.

 

Qeyd olunub ki, son günlər yüksək tələbat səbəbindən bəzi stansiyalarda müvəqqəti olaraq yanacaq ehtiyatı tükənib: "Lakin bu gündən etibarən bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər".

 

Qeyd edək ki, “SOCAR Petroleum” QSC 2008-ci ildə təsis edilib və Azərbaycan ərazisində “SOCAR” brendi altında neft və qaz məhsullarının alqı-satqısını, eləcə də beynəlxalq standartlara uyğun keyfiyyətli təchizat xidmətini həyata keçirir.

 

Şirkətin ilk 3 yanacaqdoldurma stansiyası 2010-cu il mayın 7-də istifadəyə verilib. Hazırda ölkə üzrə 69 YDS “SOCAR Petroleum”un balansındadır. Bundan əlavə, şirkətə məxsus 1 Sıxılmış Təbii Qaz terminalı və 13 neft terminalı bazası fəaliyyət göstərir ki, onlardan 11-i regionlarda, 2-si isə Bakıda yerləşir.

Tarix: 5 Avqust 2025, 13:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin