Hazırda ömürlük həbs cəzası çəkən Elçin Əmiraslanov aclıq aksiyası keçirir.
Aksiyaya Elçin Əmiraslanovla eyni kamerada saxlanılan digər 3 məhbus da qoşulub.
Elçin Əmiraslanov ona lazımi tibbi yardımın göstərilməsini, tibb məntəqəsinə köçürülməsini istəyir.
Ölkə rəhbərliyinə, ədliyyə naziri Fərid Əhmədova, Ombudsman Səbinə Əliyevaya, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Cəmil Kamilliyə ünvanladığı məktubda Elçin Əmiraslanov 29 ildir cəza çəkdiyini, indiyə qədər tibb məntəqəsində həkim nəzarətində saxlanıldığını qeyd edib.
Həkim tibb komissiyasının rəyinə görə, bədəninin 65 faizi funksionallığını itirib.
Elçin Əmiraslanov məktubunda yazır:
“Yazıb Sizə məlum edirəm ki, 1988-1995-ci illərdə erməni qəsbkarlarına qarşı döyüşlərdə iştirak etmişəm. Birinci Qarabağ müharibəsi zamanı qaynar nöqtələrdə döyüşmüşəm. Dəfələrlə güllə və qəlpə yaraları almışam. Müharibə veteranı, II qrup əliləm. Başıma güllə dəyməsi nəticəsində açıq kəllə beyin travması - sol tərəfli “Hemiparez” ağır əməliyyat keçirmişəm, bədənimin sol nahiyəsi paraliç olub.
Hepatit C xəstəliyinə tutulmuşam, sümük ağrılarından əziyyət çəkirəm. Bahalı dərmanlar qəbul edirəm. Onları ailə üzvlərim alıb gətirirlər.
29 ildir cəza çəkirəm. İndiyə qədər tibb məntəqəsində həkim nəzarətində olmuşam. 8 ildir məni Mərkəzi Xəstəxanaya aparmırlar. Dəfələrlə müraciət etməyimə baxmayaraq, heç bir nəticə olmayıb. Sonuncu müraciətimdən sonra, 10.07.2025-ci ildə məni tibb məntəqəsindən çıxarıb 1-ci korpusa 4 nəfərlik kameraya yerləşdiriblər. Dedilər ki, 1 günlük döz, yoxlama gəlib gedən kimi tibb məntəqəsinə qaytaracağıq. İndi isə deyirlər ki, Tibb Baş İdarəsinin rəisi Cəmil Kamilli səni tibb məntəqəsinə köçürməyə icazə vermir.
Mən belə başa düşdüm ki, təzə rəhbərliyə düzgün məlumat verməyiblər. Mən başqaları kimi orada kefimdən qalmıram. Ağır xəstəyəm. Xəstəlik tarixində açıq-aydın yazılıb. Tez-tez epilepsiyalarım tutur, huşumu itirirəm. O zaman həkimə ehtiyac olur, kamera şəraitində bu mümkün deyil.
Hakim tibb məntəqəsinə gələnə kimi gec olur. Məni azadlıqdan məhrum ediblər. Müalicə, müayinə olmaq mənim hüququmdur. Məni kameraya ölmək üçün göndəriblər. Mən isə belə ölmək istəmirəm.
Hüquqlarım tapdalanır. Heç yerə əlim çatmır. Bu gündən yeməkdən imtina edirəm, rəsmi yazıb vermişəm, başqa çarəm yoxdur”.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Musavat.com-un sorğusuna verilən cavabda Elçin Əmiraslanovun tibb-sanitar hissəyə keçirilməsi məsələsinə baxılacağı qeyd olunub: “Cari ilin 6 ayı ərzində məhkum Əmiraslanov Elçin Səməd oğlunun Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin ixtisaslaşmış həkimləri tərəfindən dəfələrlə müayinələri aparılıb, səhhətində stasionar müalicə tələb edən patologiyalar müəyyən edilməyib. Hazırda məhkumun vəziyyəti kafidir. Səhhəti həkimlərin nəzarətindədir. Məhkumun səhhəti ilə əlaqədar zərurət yarandığı halda tibb-sanitariya hissəsinə keçirilməsi məsələsinə baxılacaq”.
18 İyul 12:57
18 İyul 12:54
18 İyul 12:48
18 İyul 12:39
18 İyul 12:23
18 İyul 12:10
18 İyul 11:58
18 İyul 11:40
18 İyul 11:26
18 İyul 11:24
18 İyul 11:14
18 İyul 11:04
18 İyul 10:53
18 İyul 10:52
18 İyul 10:43
18 İyul 10:38
18 İyul 10:33
18 İyul 10:20
18 İyul 10:04
18 İyul 09:55
18 İyul 09:20
18 İyul 08:31
18 İyul 07:16
18 İyul 06:31
18 İyul 06:28
18 İyul 06:26
18 İyul 03:59
18 İyul 00:50
18 İyul 00:45
17 İyul 21:48
17 İyul 21:17
17 İyul 21:08
17 İyul 21:05
17 İyul 19:58
17 İyul 19:39
17 İyul 18:56
17 İyul 18:52
17 İyul 18:42
17 İyul 18:36
17 İyul 18:29
17 İyul 18:25
17 İyul 18:14
17 İyul 17:59
17 İyul 17:56
17 İyul 17:52
17 İyul 17:50
17 İyul 17:41
17 İyul 17:41
17 İyul 17:29
17 İyul 17:19
17 İyul 17:15
17 İyul 17:05
17 İyul 16:57
17 İyul 16:53
17 İyul 16:44
17 İyul 16:37
17 İyul 16:34
17 İyul 16:28
17 İyul 16:24
17 İyul 16:16
17 İyul 16:13
17 İyul 16:02
17 İyul 15:54
17 İyul 15:48
17 İyul 15:37
17 İyul 15:32
17 İyul 15:28
17 İyul 15:22
17 İyul 15:19
17 İyul 15:14
17 İyul 15:00
17 İyul 14:53
17 İyul 14:39
17 İyul 14:17
17 İyul 14:12
17 İyul 14:07
17 İyul 13:42
17 İyul 13:39
17 İyul 13:23
17 İyul 13:15
17 İyul 13:07
17 İyul 12:58
17 İyul 12:55
17 İyul 12:47
17 İyul 12:38
17 İyul 12:34
17 İyul 12:16
17 İyul 12:09
17 İyul 12:04
17 İyul 11:56
17 İyul 11:54
17 İyul 11:48
17 İyul 11:43
17 İyul 11:40
17 İyul 11:30
17 İyul 11:27
17 İyul 11:23
17 İyul 11:22
17 İyul 11:17
17 İyul 11:11
17 İyul 11:08
17 İyul 11:05
17 İyul 11:03
17 İyul 10:57
17 İyul 10:55
17 İyul 10:45
17 İyul 10:34
17 İyul 10:29
17 İyul 10:24
17 İyul 10:20
17 İyul 10:19
17 İyul 10:17
17 İyul 10:12
17 İyul 10:11
17 İyul 10:07
17 İyul 10:03
17 İyul 09:37
17 İyul 09:33
17 İyul 09:30
17 İyul 09:25
17 İyul 09:20
17 İyul 09:17
17 İyul 09:10
17 İyul 08:35
17 İyul 08:30
17 İyul 08:24
17 İyul 08:11
17 İyul 08:03
17 İyul 07:53
17 İyul 04:10
17 İyul 03:21
16 İyul 23:49
16 İyul 21:29
16 İyul 21:11
16 İyul 20:19
16 İyul 19:57
16 İyul 19:11
16 İyul 19:05
16 İyul 18:54
16 İyul 18:40
16 İyul 18:38
16 İyul 18:33
16 İyul 18:16
16 İyul 18:07
16 İyul 17:48
16 İyul 17:46
16 İyul 17:35
16 İyul 17:21
16 İyul 17:00
16 İyul 16:59
Ən son xəbərləri səhifəmizdən də izləyin