BURADA REKLAMINIZ OLA
BİLƏR

Koreyadan 38 minlik maşın gətirmək adı ilə dələduzluq edən şəxsə hökm oxundu

Nərimanov Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Uğur Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.


İttihama görə, Uğur Məmmədov tanışı, zərərçəkmiş İmran Həsənovun (adı, soyadı şərtidir) etibarından sui-istifadə edib ona Cənubi Koreya Respublikasından 2018-ci il buraxılışlı “Hundai Santafe” markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib. O, bu adla 2023-cü illərdə zərərçəkmişin ümumilikdə 38 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.


Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndiriln şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.


Kamal Məmmədov 

Tarix: 7 Avqust 2025, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin