Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi inzibati qaydada həbs edilib.
Pravda.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, AAYDA-nın tabeliyində fəaliyyət göstərən "2 №-li X4 Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC-də sahə rəisi vəzifəsində çalışan, 1981-ci il təvəllüdlü Taleh Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.
Hadisə Göygöl rayonunun Köşkülü kəndində baş verib. Bildirilir ki, Taleh Məmmədov Toğana kəndində ailəsi ilə birlikdə istirahət edərkən spirtli içki qəbul edib. Daha sonra o, avtomobilin idarəsini sərxoş olduğuna görə övladına tapşırıb.
Yol-patrul xidmətinin əməkdaşları Taleh Məmmədova məxsus "Toyota Prado" markalı avtomobili saxlayıb. Bu zaman Taleh Məmmədov avtomobildən düşərək nalayiq ifadələr işlədib və polis əməkdaşına fiziki müqavimət göstərib.
Məhkəmədə verdiyi izahatda Taleh Məmmədov bildirib ki, hadisə zamanı avtomobildə ailə üzvləri - ümumilikdə yeddi nəfər olub. Onun sözlərinə görə, yol polisi avtomobilə işarə verib və sükan arxasında olan oğlu avtomobili saxlayıb. Uşaqların qorxduğu üçün Taleh Məmmədov övladına avtomobili sürməsini tapşırdığını deyib. Daha sonra polis əməkdaşları onları evlərinin qarşısına gələrək saxlayıblar və insident baş verib.
Məhkəmənin qərarı ilə Taleh Məmmədov səkkiz gün müddətinə inzibati qaydada həbs olunub.
11 May 15:55
11 May 15:50
11 May 15:46
11 May 15:41
11 May 15:35
11 May 15:30
11 May 15:21
11 May 15:06
11 May 14:56
11 May 14:52
11 May 13:52
11 May 13:51
11 May 13:18
11 May 12:14
11 May 12:12
11 May 11:55
11 May 11:13
11 May 09:49
11 May 09:47
11 May 08:46
11 May 07:22
11 May 07:11
11 May 00:22
10 May 23:33
10 May 22:41
10 May 21:30
10 May 21:29
10 May 21:28
10 May 21:26
10 May 21:20
10 May 18:52
10 May 18:46
10 May 17:10
10 May 16:00
10 May 14:40
10 May 14:06
10 May 13:23
10 May 13:22
10 May 13:21
10 May 13:19
10 May 13:17
10 May 13:16
10 May 13:15
10 May 13:12
10 May 13:05
10 May 12:31
10 May 12:29
10 May 12:11
10 May 12:09
10 May 11:18
10 May 11:15
10 May 11:09
10 May 10:49
10 May 10:24
10 May 10:20
10 May 10:18
10 May 10:14
10 May 09:16
10 May 08:38
10 May 02:29
10 May 00:11
10 May 00:10
10 May 00:06
10 May 00:04
10 May 00:01
9 May 23:59
9 May 23:54
9 May 23:41
9 May 23:37
9 May 23:34
9 May 23:26
9 May 23:19
9 May 23:16
9 May 22:51
9 May 21:58
9 May 20:23
9 May 19:53
9 May 18:59
9 May 18:20
9 May 18:17
9 May 18:12
9 May 17:58
9 May 17:08
9 May 16:12
9 May 14:59
9 May 14:32
9 May 14:29
9 May 13:33
9 May 13:32
9 May 13:08
9 May 12:40
9 May 12:31
9 May 12:31
9 May 12:25
9 May 12:20
9 May 12:17
9 May 12:16
9 May 11:46
9 May 11:20
9 May 10:23
9 May 10:13
9 May 09:48
9 May 09:18
9 May 08:38
9 May 08:34
9 May 08:20
9 May 08:19
9 May 08:18
9 May 07:50
9 May 04:15
9 May 03:20
9 May 00:52
8 May 23:06
8 May 21:20
8 May 19:28
8 May 19:18
8 May 19:15
8 May 19:11
8 May 18:47
8 May 18:29
8 May 18:27
8 May 18:05
8 May 17:46
8 May 17:10
8 May 17:09
8 May 17:09
8 May 17:02
8 May 16:56
8 May 16:10
8 May 16:06
8 May 15:54
8 May 15:38
8 May 15:18
8 May 15:09
8 May 14:48
8 May 14:44
8 May 14:38
8 May 14:08
8 May 13:59
8 May 13:16
8 May 12:47
8 May 12:45
8 May 12:37
8 May 12:28
8 May 12:24
8 May 12:21
8 May 12:09
8 May 11:38
8 May 11:33
8 May 11:14
Ən son xəbərləri səhifəmizdən də izləyin